“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirin 2 kəndində keçiriləcək
24-06-2019, 15:28
Oxunub: 2 733
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyata alınması xidmətlərini vətəndaşlara daha yaxın etmək məqsədilə səyyar aksiyaları davam etdirir
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası ilə xidmətlər birbaşa vətəndaş ünvanlarında göstərilir. Kənd və qəsəbə sakinləri vaxt itirmədən, məsafə qət etmədən mobil qeydiyyat ofisinə müraciət edirlər. Sosial aksiyaların keçirilməsində əsas məqsəd məmnunluq və rahatlığı təmin etmək, vətəndaşlara layiqli xidmət göstərməkdən ibarətdir.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası çərçivəsində bu həftə Kürdəmir rayonunun 2 kəndində vətəndaşlara qeydiyyat xidmətləri göstəriləcək.Belə ki, səyyar aksiya 24-25 iyun tarixlərində Kürdəmir rayonunun Atakişili kəndində(kənd orta məktəbinin qarşısı), 27-28 iyun tarixlərində isə Karrar kəndində (Karrar kənd icra nümayəndəliyinin qarşısı) keçiriləcək.Sakinlər saat 09:00-dan 17:00-dək fərdi yaşayış evləri, torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı, o cümlədən plan-sxemin, texniki pasportların tərtibi ilə bağlı sənədlərini mobil ofisə təqdim edə bilər. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sualı olan vətəndaşlara komitə əməkdaşları tərəfindən hüquqi məsləhətlər veriləcək, sualları cavablandırılacaq.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər