BolgeXeber.Com » İdman » Xəzər Lənkəran"in futbolçusu "real"a keçir

Xəzər Lənkəran"in futbolçusu "real"a keçir

6-04-2011, 12:05
Oxunub: 6 098
"Xəzər"in qış fasiləsində Alan Lalini transferə çıxarıb

Müqaviləylə «Xəzər Lənkəran» klubuna məxsus olan hücumçu Allan Lalin karyerasını vətəni Hondurasda davam etdirə bilər. Qol.Az-ın Honduras mətbuatına istinadən yaydığı xəbərə görə, bu ölkənin «Real Espana» klubu Lalinlə danışıqlar aparır və onu heyətində görmək istəyir. Futbolçunun «Real»a keçməsində yaranan yeganə problem onun «Xəzər Lənkəran»la müqaviləsinin bitməməsidir. Bu məsələni həll etdikdən sonra Lalinin «Real»a transferi baş tutacaq.
Xatırladaq ki, «Xəzər Lənkəran» qış fasiləsində Alan Lalini transferə çıxarıb.