XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Əflatun Amaşov: Azərbaycan mətbuatının patriarxını itirdik

Əflatun Amaşov: Azərbaycan mətbuatının patriarxını itirdikAzərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir.

Bunu böyük alim Ş.Hüseynovla vida mərasimi zamanı jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.

Ə.Amaşov qeyd edib ki, Ş.Hüseynov öz yaradıcılığı ilə bütün nəsillərə nümunədir:

“Onun üçün hər şeydən öncə millət, dövlət və vətən idi. O, elə bir məktəb yaradıb ki, həmin məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq”.

Qeyd edək ki, Bakı Dövlət Universitetində keçirilən vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.
Bölmə: Media | 25 iyun 2019 16:47 | Baxış sayı: 157





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: