BolgeXeber.Com » Şou-Biznes » Məşhur aktrisa çimərlikdə rüsvay oldu - FOTO

Məşhur aktrisa çimərlikdə rüsvay oldu - FOTO

5-04-2013, 15:55
Oxunub: 7 053 Amerikalı aktrisa, Hollivudun ən qalmaqallı ulduzlarından biri Lindsi Lohan Braziliyanın Rio-de-Janeyro şəhərindədir.
O, şəhərin kənarında çimərliyə yollanaraq okean sularına dalıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Lohan ABŞ-ın Florida ştatındakı Mayami şəhərində qəza törədəndən sonra polislərə yalan ifadə vermişdi. Məhkəmənin qərarına görə, 26 yaşlı aktria 90 günlük məcburi reabilitasiya kursu keçməlidir.

Reabilitasiya mərkəzinə yollanmazdan əvvəl Lohan sevgilisi Avi Snou ilə birlikdə Rio-de-Janeyroya gedib.
Çimərlikdə olan Lindsinin bədənindəki tünd ləkələr və göyərti yerləri diqqət çəkib.

Aktrisa bu göyərtilərin səbəblərini açıqlamayıb. Mail Online bildirir ki, həmin tünd ləkələr heç bir halda xal və ya piqment ləkələri deyil.
Lindsinin yıxıldığı, ya da döyüldüyü bəllidir.