BolgeXeber.Com » İqtisadiyyat » Biləsuvarda yol tikintisinə pul ayrıldı

Biləsuvarda yol tikintisinə pul ayrıldı

28-06-2019, 17:49
Oxunub: 3 299 Biləsuvarda yol tikintisinə pul ayrıldıPrezident İlham Əliyev Biləsuvar rayonunun Biləsuvar-Bəhrəmtəpə (56 km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, dövlət bşçısı 12 nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.