BolgeXeber.Com » Xəbərlər » Novxanı çimərliyi hələ də pulludur

Novxanı çimərliyi hələ də pulludur

1-07-2019, 11:19
Oxunub: 5 886 Novxanı çimərliyi hələ də pulludurXəbər verdiymiz kimi, BŞİH-nin rəsmi qərarıyla bütün çimərliklər pulsuz elən edilib, qeyri-qanuni çəpərləmələr aradan qaldırılır.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəisi İntiqam Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, artıq bir sıra çimərliklərdə şlaqbaun, zəncirlər sökülür, əraziyə daxil olmaq üçün vətəndaşlardan pul istəyənlərlə bağlı müraciətlərin qəbulu məqsədilə qaynar xətt yaradılıb.

Cebhe.info-ya Novxanı çimərliyində hələ də şlaqbaumun qaldığını və giriş üçün 1 AZN tələb edildiyi barədə müraciət daxil olub.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəisi İntiqam Məmmədov məsələ ilə bağlı Cebhe.info-ya bildirib ki, qanunsuz çəpərləmələrin söküntüsü hazırda davam edir: “Biz bu vəziyyətlə bağlı da tədbir görəcəyik. Lakin vətəndaşlar oxşar vəziyyətlə digər çimərliklərdə də rastlaşarlarsa, buna fikir vermədən, tələbləri yerinə yetirmədən gedib pulsuz istirahət etsinlər. Əgər mane olan olarsa, ərazinin güc strukturlarına, polis bölməsinə şikayət etsinlər”.