Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək
1-07-2019, 15:31
Oxunub: 2 877
Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri iyulun 30-da keçiriləcək.
Komitədən Bolgexeber.com-a verilən məlumata görə, bu dəfə hərraca çıxarılan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Kürdəmir, Beyləqan kimi şəhər və rayonlarda yerləşir. İnvestorlar “Bərdə Kərpic”, “Azinterservis”, “Şəmkir Nəqliyyat Ekspedisiya” kimi dövlət əmlaklarının 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsində iştirak edə bilər.
Səhmdar cəmiyyətlərindən biri Oğuz rayonu, Kərimli kəndində yerləşən “Oğuz Kəndkimya”dır. Aqrokimyəvi xidmət və təchizat üzrə fəaliyyət göstərən müəssisənin ümumi torpaq sahəsi 24 min kv.m, tikili sahəsi isə 2,6 min kv.m-dir. Səhmdar cəmiyyətinin ərazisinə inzibati bina, təmir sexi, anbarlar və digər tikililər daxildir. Özəlləşdirməyə çıxarılmış hər bir səhmdar cəmiyyəti haqqında ətraflı məlumat əldə etmək istəyənlər göstərilən linkə (http://www.privatization.az/index.php/az/component/content/article?id=6176) daxil ola bilər.
Qeyd edək ki, hərraca buraxılış tarixi 2004-2009 olan nəqliyyat vasitələri də çıxarılıb. Nissan, Renault, Hyundai və digər markalardan olan avtomobillərin ilkin hərrac qiymətləri 3 min manatla 8 min manat arasındadır. Özəlləşdirməyə çıxarılan nəqliyyat vasitələri ilə tanış olmaq və sifariş vermək istəyənlər müvafiq linkə (http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/naezhliyyat-vasitaelaeri?layout=edit&id=6174 ) daxil ola bilər. İştirak statusu qazanmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron resursları üzərindən onlayn formada sifariş vermək və dövlət əmlakının hərrac qiymətinin 10%-i məbləğində behi ödəmək kifayətdir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər