BolgeXeber.Com » Dünya » Bu gün Günəş tutulması baş verəcək

Bu gün Günəş tutulması baş verəcək

2-07-2019, 10:58
Oxunub: 4 745 Bu gün Günəş tutulması baş verəcəkBu gün cari ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək.

Bolgexeber.com bildirir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Bildirilir ki, Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Qeyd edək ki, növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.