BolgeXeber.Com » Xəbərlər » Hacı Mazan Biləsuvarda ağır qəzaya düşdü, "Range Rover"i aşdı - XƏSTƏXANAYA ÇATDIRILIB

Hacı Mazan Biləsuvarda ağır qəzaya düşdü, "Range Rover"i aşdı - XƏSTƏXANAYA ÇATDIRILIB

2-07-2019, 12:08
Oxunub: 1 416 Hacı Mazan Biləsuvarda ağır qəzaya düşdü, "Range Rover"i aşdı - XƏSTƏXANAYA ÇATDIRILIBBu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olumuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.