BolgeXeber.Com » Xəbərlər » "Petkim"də gəmidə PARTLAYIŞ - 1 ölü, 16 yaralı - VİDEO

"Petkim"də gəmidə PARTLAYIŞ - 1 ölü, 16 yaralı - VİDEO

2-07-2019, 12:36
Oxunub: 1 809 "Petkim"də gəmidə PARTLAYIŞ - 1 ölü, 16 yaralı - VİDEO Türkiyənin İzmir vilayətində "Petkim" neft-kimya kompleksinin limanında tankerlərin birində partlayış baş verib.

Türkiyənin İzmir vilayətində "Petkim" neft-kimya kompleksinin limanında tankerlərin birində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışın ardınca yanğın başlayıb.

Yerli KİV-lər insident nəticəsində 1 nəfərin öldüyü və daha 16 nəfərin yaralandığı barədə xəbər yayıblar. Yaralananlardan 15 nəfərin İtaliya, 1 nəfərin isə Rumınya vətəndaşı olduğu qeyd edilir.

Məlumata görə, partlayış İtaliya bayrağı altında üzən gəmidə maye karbohidrat məhsulu boşaldılarkən baş verib.

Qəzanın hansı səbəbdən baş verməsi barədə hələ dəqiq məlumat yoxdur.