BolgeXeber.Com » Şou-Biznes » “Su gəlməsə binanı köçürdərəm” – İzzət Bağırov(VİDEO)

“Su gəlməsə binanı köçürdərəm” – İzzət Bağırov(VİDEO)

2-07-2019, 13:48
Oxunub: 5 490 “Su gəlməsə binanı köçürdərəm” – İzzət Bağırov(VİDEO)Müğənni İzzət Bağırov “Hüseynova bacıları” verilişində qonaq olub.

Primetime.az xəbər verir ki, sənətçi 4 pis vərdişini etiraf edib. İzzət bildirib ki, paltarlarına həyat yoldaşının əl vurmasına icazə vermir:
“Həddindən artıq vasvasıyam, təmizkaram. Əgər bir əşyanı mən qoymuşamsa, gəlib görsəm, yeri dəyişib dava edirəm. Yəni evə girəndə qoyduğum əşyanın yerinin dəyişdiyini görsəm, vay. Durub görsəm ki, su gəlmir, qırğın edərəm, binanı köçürərəm. Adi çörək almağa düşəndə belə, səliqəli geyinirəm. Ev geyimində düşmərəm. Xoşlamıram paltarlarıma əl vuranda. Onları özüm səliqəyə salıram”.