BolgeXeber.Com » Xəbərlər » Astarada yol tikintisinə 4,9 milyon manat ayrılıb - SƏRƏNCAM

Astarada yol tikintisinə 4,9 milyon manat ayrılıb - SƏRƏNCAM

2-07-2019, 17:55
Oxunub: 1 498 Astarada yol tikintisinə 4,9 milyon manat ayrılıb - SƏRƏNCAMPrezident İlham Əliyev Astara rayonunun Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com-un məlumatına görə, sərəncamla on beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.