BolgeXeber.Com » Bölgə » 2 iyul-Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib

2 iyul-Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib

2-07-2019, 20:51
Oxunub: 4 138 2 iyul-Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Tərtər rayonunda tədbir keçirilibTədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər

Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
Bolgexeber.com xəbər verir ki,tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik edib, daxili işlər naziri Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxudu. Məruzə ilə çıxış edən polis rəisi Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər salıb, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov 2 iyul-Polis işçiləri günü münasibətilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Tərtər Rayon Polis Şöbəsinin şəxsi heyətinə təbrikini çatdırıb, onlara çətin və şərəfli işlərində uğurlar arzuladı.
Bildirdi ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən zəruri tədbirlər ölkənin ictimai-siyasi həyatında hərtərəfli islahatların gerçəkləşməsi ilə nəticələnib. Müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradılıb, ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb.
Tədbirdə iştirak edən rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər hərbi məhkəməsi İlqar Quluyev, Tərtər hərbi prokuroru Hümmət Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və digərləri çıxış edərək bir əsirlik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildirdilər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsi tərəfindən xidmətdə fərqlənən bir qrup polis işçisinə və şəhid olmuş polislərin ailələrinə Fəxri Fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim edildi.
Tədbir Tərtər rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı ilə davam etdi.
Bolgexeber.com