BolgeXeber.Com » Xəbərlər » Prezident ailəsində xoş gün

Prezident ailəsində xoş gün

3-07-2019, 12:21
Oxunub: 1 576 Prezident ailəsində xoş günBu gün prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın ad günüdür

Qaynarinfo xəbər verir ki, L.Əliyeva 3 iyul, 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta, İsveçrədə və Böyük Britaniyada ali təhsil alıb.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistr pilləsini bitirib.

Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir.

Prezident ailəsində xoş gün


2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Baku" jurnalının təsiscisi və baş redaktorudur.

2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.

2008-ci il mayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub.

O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri secilib.

Prezident ailəsində xoş gün


Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.

O, 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

L.Əliyevanın Əli və Mikayıl adlı əkiz oğlu, övladlığa götürdüyü Əminə adlı qızı var.
Prezident ailəsində xoş gün