XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Maşın bazarında alıcı qıtlığı - Qiymətlər əl yandırır - VİDEOREPORTAJ

Maşın bazarında alıcı qıtlığı - Qiymətlər əl yandırır - VİDEOREPORTAJAzərbaycanda avtomobil bazarındakı dürğunluq davam edir.

"Report"un ötən bazar paytaxtın Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub ki, qiymətlərin baha olması və alıcı sayının ötən illərlə müqayisədə az olması satışların kəskin azalmasına gətirib çıxarıb.

Alıcı qıtlığının əsas səbəbi kimi qiymətlərin baha olması qeyd edilir. Baxmayaraq ki, son bir ayda bir qədər ucuzlaşma olub, lakin bütövlükdə qiymətlərlə bağlı ümumi mənzərə ürəkaçan sayılmır. Bu baxımdan alıcılar çox vaxt büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkdiklərini bildiriblər.

Satıcıların dediyinə görə, qiyməti 9-10 min manatdan yuxarı olan "inomarkalar" var ki, aylardır bazara çıxarılmasına baxmayaraq, hələ də satılmayıb. Hazırda satışda olan avtomobillərin əksəriyyəti isə qış aylarından bazara çıxarılanlardır.

Satıcılara görə, əsas təlabat Rusiya istehsalı olan maşınlara və qiyməti 6-8 min arasında dəyişən "inomarka"laradır. Benzin mühərrikli avtomobillərə nisbətən dizel yanacağı ilə çalışan avtomobillər daha tez satılır.

Bölmə: BÖLGƏ TV | 03 iyul 2019 18:05 | Baxış sayı: 124





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: