BolgeXeber.Com » İdman » "Atletiko" transfer bombasını açıqladı - 126 milyon avro

"Atletiko" transfer bombasını açıqladı - 126 milyon avro

4-07-2019, 11:01
Oxunub: 3 857 "Atletiko" transfer bombasını açıqladı - 126 milyon avroİspaniyanın "Atletiko" klubu Portuqaliya "Benfika"sından Joau Felişi transfer etdiyini açıqlayıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. "Benfika" ötən həftə bu keçid üçün qarşı tərəfdən 126 milyon avro təzminat aldığını açıqlamışdı. Gənc oyunçu yeni klubunda 7 nömrəli formada çıxış edəcək.

Portuqaliya millisinin üzvü 2015-ci ildə "Benfika"nın akademiyasına keçib və peşəkar karyerasına bu klubda başlayıb.

Feliş ötən mövsüm 43 oyuna 20 qol vurub, 11 assist edib.