BolgeXeber.Com » Fotoqalereya » Mən fahişə deyiləm – FOTOLAR

Mən fahişə deyiləm – FOTOLAR

6-04-2013, 14:45
Oxunub: 5 872 İtaliyada «Rubi» ləqəbi ilə tanınan, «Milan»ın prezidenti və keçmiş baş nazir Silvio Berluskoni ilə 18 yaşı tamam olmadan cinsi əlaqəyə girən Kərimə əl Mahruq maraqlı açıqlamalarla gündəmə gəlib. Fanat.az xəbər verir ki, mərakeşli xanım pul qarşılığında cinsi əlaqədə olmadığını bildirib.
Berluskoninin Milan yaxınlığındakı Arkore qəsəbəsindəki villasında təşkil etdiyi «Bunqa-Bunqa» adlı əyləncə məclislərinə qatılan Kərimə onunla bağlı iddiaya baxan məhkəmədən onu dinləməyi tələb edib və daha sonra mətbuat konfransı keçirib.
Əl Mahruq Berluskoni və ona psixoloji hücumların olduğunu bildirib: «Mən fahişə deyiləm. Məhkəmə məni dinləməlidi. Mətbuat Berluskonini “vurmaq” üçün məni biabır etdi. Bu gün anladım ki, bəziləri Berluskoniyə və mənə qarşı müharibə aparır. Prokurorlar və hakimlər həqiqətləri bilmək üçün məni dinləməyə məcburdu. Pul qarşılığında əsla cinsi əlaqə olmadı. Berluskoni ilə aramızda belə bir şey yaşanmadı».
«Rubi» ailəsinin kökəni ilə bağlı Berluskoni də daxil olmaqla, bir çoxlarına yalan məlumat verdiyini etiraf edib və məyus olduğunu dilə gətirib.
Qeyd edək ki, keçmiş baş nazir barəsində 18 yaşına çatmamış Kərimə ilə (2010) cinsi əlaqədə olduğu üçün 3 il azadlıqdan məhrumetmə maddəsi ilə ittiham qaldırılıb.