BolgeXeber.Com » İqtisadiyyat » ƏMDK-nın rəhbərliyi iyul ayında Göyçay, Ucar və Zərdab rayonlarında vətəndaşları qəbul edəcəklər

ƏMDK-nın rəhbərliyi iyul ayında Göyçay, Ucar və Zərdab rayonlarında vətəndaşları qəbul edəcəklər

4-07-2019, 11:07
Oxunub: 3 212 ƏMDK-nın rəhbərliyi iyul ayında Göyçay, Ucar və Zərdab rayonlarında vətəndaşları qəbul edəcəklərAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi 13 iyul tarixində vətəndaş qəbulu keçirəcəkdir

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 13 iyul 2019-cu il tarixində Göyçay rayonunda həmin rayonun sakinlərini fərdi qaydada qəbul edəcək. Komitə sədri tərəfindən qəbul saat 10:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Həmin gün Komitənin sədr müavini Rüstəm Şahbazov Ucar rayonunda vətəndaşlarla görüşəcək. Qeyd etmək lazımdır ki, Komitə sədrinin müavini Rafiq Cəlilov tərəfindən 13 iyul tarixində Zərdab rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu 27 iyul tarixinə keçirilmişdir. Komitənin sədr müavinləri tərəfindən keçiriləcək qəbullar saat 10:00-da müvafiq olaraq Ucar və Zərdab rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində keçiriləcəkdir.
Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65
Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar ərazi şöbəsi:
(02021) 3-01-13, (02027) 5-36-37
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi:
(02021) 3-02-74, (02027) 4-06-12
Bolgexeber.com
ƏMDK-nın rəhbərliyi iyul ayında Göyçay, Ucar və Zərdab rayonlarında vətəndaşları qəbul edəcəklər