Hacı Mazan yenidən əməliyyat olunacaq - Həkimdən AÇIQLAMA
4-07-2019, 12:12
Oxunub: 3 715
Bir neçə gün əvvəl yol qəzasına düşən iş adamı Hacı Ramazan Zeynalov (Hacı Mazan) ikinci dəfə əməliyyat olunacaq.
Bolgexeber.com bildirir ki, bu barədə Lent.az -a Tədris Cərrahiyə Klinikasından məlumat verilib. Bildirilib ki, R.Zeynalovun vəziyyəti stabil olaraq qalır:
"Hazırda reanimasiyadadır. Sınıqları olduğu üçün gözləyirik ki, bir az da özünü toparlasın və əməliyyat olunsun".
Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover"ində qəzaya uğrayıb.
Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər