BolgeXeber.Com » Fotoqalereya » Azərbaycanlı yanacaqsız işləyən təyyarə mühərriki icad edib-FOTO

Azərbaycanlı yanacaqsız işləyən təyyarə mühərriki icad edib-FOTO

6-04-2013, 15:05
Oxunub: 7 153 “Gələcəyin təyyarələri yanacaqsız işləyəcək”. Bu barədə lent.az-a Milli Aviasiya Akademiyasının “Hava nəqliyyatının texniki istismarı” fakültəsinin 4-cü kurs tələbəsi Turan Məmmədli deyib. Onun sözlərinə görə, bu mühərriklər standart mühərriklərdən fərqli tamamilə yanacaqsız işləmə qabiliyyətinə malik olacaq.

T.Məmmədli bu mühərriklər böyük potensiala və gələcəyi dəyişmək kimi böyük gücə malik olacağını deyib: “Artıq Milli Aviasiya Akademiyasının təyyarə mühərriki mütəxəssisləri layihə ilə tanış olub, Elmi Tədqiqat İnstitutuna layihənin baxılması və sınaqların keçirilməsi haqqında məlumat verilib”.

Turan Məmmədli bu mühərriklərin ən yaxşı tərəflərindən birinin ekoloji cəhətdən təmiz olduğunu vurğulayıb: “Çünki atmosferə burdan yanacaqdan ayrılan heç bir qaz daxil olmur. Normal təyyarə mühərriklərində yanma kamerasında yanacağın yanmasından genişlənən hava mühərrikin soplosundan yüksək sürətlə çıxan hava şırnağı təyyarəni önə doğru itələyərək hərəkətə gətirir. Lakin mənim hazırladığım mühərriklərdə yanma kamerasında yanacaq yanmır, burda süni elektrik boşalması yaradaraq yüksək temperatur əldə edilir”.