BolgeXeber.Com » İqtisadiyyat » ƏMDK-nın Çağrı Mərkəzi vəonlayn resursları vasitəsilə 16 mindən çox vətəndaş müraciəti cavablandırılıb
ƏMDK-nın Çağrı Mərkəzi vəonlayn resursları vasitəsilə 16 mindən çox vətəndaş müraciəti cavablandırılıb
5-07-2019, 12:35
Oxunub: 2 602
Əmlak Məsələləri Dövlət Komitəsi göstərilən xidmətlərdə şəffaflığı və yüksək keyfiyyəti təmin etmək məqsədilə vətəndaşların təklif və müraciətlərinə hər zaman diqqətlə yanaşır
Fəaliyyət üzrə yaranan hər bir sualın çevik cavablandırılması, müraciətlərin araşdırılması və həlli ilə bağlı komitənin 193 saylıÇağrı Mərkəzi və onlayn müraciət resursları fəaliyyət göstərir.
Cari ilin ilk 6 ayında komitənin məlumat-sorğu resurslarına ümumilikdə 16 mindən çox müraciət ünvanlanıb. Müraciətlərin 12 mindən çoxu Çağrı Mərkəzi, 4 minə yaxını isə Komitənin saytı və Özəlləşdirmə portalındakı məsləhət pəncərələri, eləcə də sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə cavablandırılıb.
Müvafiq dövr ərzində Çağrı Mərkəzinə 11 min 700-ə yaxın sorğu tipli, 500-ə yaxın araşdırılması tələb olunan müraciət daxil olub. Sorğuların mövzuları əsasən, ərizə və məktubların icrası, daşınmaz dövlət əmlaklarının özəlləşdirilməsi, əmlakların dövlət qeydiyyatına alınması, elektron xidmətlər və digər məsələlərlə bağlıdır.
Çağrı Mərkəzinə edilən müraciətlərin regionlar üzrə statistikasına baxdıqda 9 min 800-ə yaxın müraciət Bakı şəhərindən, 2 min 300-ə yaxın müraciət isə regionlardan ünvanlanıb. Bütün məlumat resursları ilə daxil olan hər bir müraciət qanunvericiliyə uyğun formada cavablandırılıb və ya həlli üçün struktur bölmələrə yönləndirilib.
Qeyd edək ki, 193 Çağrı mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saat 9.00-dan 18.00-dək, səsli menyu rejimi isə iş vaxtından sonra, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər