BolgeXeber.Com » Ölkə » Sabahın HAVASI: Bölgələrdə yağış yağacaq, dolu düşəcək

Sabahın HAVASI: Bölgələrdə yağış yağacaq, dolu düşəcək

5-07-2019, 13:47
Oxunub: 2 677 Sabahın HAVASI: Bölgələrdə yağış yağacaq, dolu düşəcəkEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyulun 6-sı üçün ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb

Bakıda və Abşeron yarımadasında

İyulun 6-da hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.



Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal və cənub çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.



Azərbaycanın rayonlarında

İyulun 6-da hava əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti təşkil edəcək.