BolgeXeber.Com » Xəbərlər » 35 yaşında vəfat edən vəzifəli şəxsin ölüm səbəbi bilindi

35 yaşında vəfat edən vəzifəli şəxsin ölüm səbəbi bilindi

5-07-2019, 15:10
Oxunub: 2 056 35 yaşında vəfat edən vəzifəli şəxsin ölüm səbəbi bilindiXəbər verdiyimiz kimi Mədəniyyət Nazirliyinin Salyan rayon Aşıq Pənah adına Folklor Evinin müdiri Eşqin Aydınoğlu vəfat edib.

BiG.AZ-ın əldə etdiyi məlumata görə Eşqin Aydın oğlu 2 ilə yaxındır ki, qaraciyər serrozundan əziyyət çəkib.

Bununla bağlı Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru Lətif Zərbəliyev bildirib ki, Eşqin 2 ilə yaxındır ağır xəstəlikdən əziyyət çəkirdi:" Ailəsi onu müalicə üçün Türkiyəyə kimi apardı. Eşqin bir gün gəlib mənə dedi ki, mədəmdə də qurd çıxdı. O, qara ciyər serrozundan əziyyət çəkirdi. Onun 3-4 yaşında bir qızı var idi".