BolgeXeber.Com » Siyasət » Poroşenko 340 kq-lıq dollar gizlədib - Pullar axtarılır

Poroşenko 340 kq-lıq dollar gizlədib - Pullar axtarılır

6-07-2019, 11:10
Oxunub: 2 682 Poroşenko 340 kq-lıq dollar gizlədib - Pullar axtarılırUkraynanın sabiq prezidenti Petro Poroşenko bankdan 34 milyon dollar nağd vəsait çıxarıb.

Bu barədə Ukrayna Prezidenti Administrasiyası rəhbərinin sabiq müavini Andrey Portnov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, P.Poroşenko pulları özünə məxsus olan Beynəlxalq İnvestisiya Bankından 17 may - 18 iyun aralığında çıxarıb.

A.Portnov bildirib ki, 34 milyon dollar məbləğində olan vəsaitin ümumi çəkisi 340 kq-a bərabər olub.

O qeyd edib ki, P.Poroşenko çıxarılan pulları “başqa yerdə gizlədə”, yaxud da seçicilərin “ələ alınması”na sərf edə bilərdi.

Hazırda məsələ ilə bağlı araşdırma aparıldığı bildirilir.