XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Hüquq eksperti İsmayıl Zalova mühüm səlahiyyət verilib-FOTO

Hüquq eksperti İsmayıl Zalova mühüm səlahiyyət verilib-FOTOBMT-nin üzvü, Paris departamentinin İnsan Hüquqları müdafiə komisarlığının Mərkəzi Asiya layihəsi Hüquq eksperti İsmayıl Zalova çox mühüm səlahiyyət verib

Artıq yeni qərarla İsamyıl Zalov Azərbaycan Respublikası üzrə hüquq eksperti kimi Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında, yəni məhkəmələrdə, prokurorluq və polis orqanlarında monitorinq apara biləcək. Sözügedən mühüm səlahiyyəti dəqiqləşdirmək üçün İsmayıl Zalovla əlaqə saxladıq. Hüquq eksperti xəbəri təsdiqləyərək bildiridi ki, bu səlahiyyət ona BMT-nin üzvü, Paris departamentinin İnsan Hüquqları müdafiə komisarlığının Mərkəzi Asiya layihəsinin direktoru Firdovsi Ələkbərov tərəfindən verilib. Vəzifəsinin öhdəsindən layiqincə gələcəyini və vətəndaş mövqeyini hər şeydən üstün tutacağını deyən İsmayıl Zalov Azərbaycan məhkəmə, hüquq və ədliyyə sistemindəki yeniliklərdən də danışıb. Bildirib ki, bu gün Azərbaycanda dövlət başçısı cənab İlham ƏLiyevin rəhbərliyi ilə son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülüb və görülməkdədir. Azərbaycan məhkəmə sistemi çox müasirləşdirilərək dünya standartlarına cavab verən mühüt formalaşdırılb. Ən əsası vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılıb, işlərə daha operativ və keyfiyyətlə baxılması, məhkəmələrdə şəffaflığın artırılması və elektron məhkəmə sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülüb deyə Hüquq eksperti İsmayıl Zalov bildirib. Qeyd edib ki ölkə başçısı cənab İlham Əliyevin imzaladığı "Məhkəmələr və hakimlər haqqında" Qanunu məhkəmələrin işinin səmərəliliyinin artırılması, məhkəmə icraatının elektron qaydada aparılması, işlərə daha tez və sadələləşdirilmiş qaydada baxılması, həmçinin məhkəmə qərarlarının yayılmasının, məhkəmə statistikasının elektronlaşdırılması, vətəndaşların məhkəmələrə onlayn müraciət imkanlarının yaradılması məqsədilə əsaslı dəyişiklərin edilməsinə öz töhvəsini verib. İsamyıl Zalov yaradılan bu mühütdə BMT-nin üzvü, Paris departamentinin İnsan Hüquqları müdafiə komisarlığının Mərkəzi Asiya layihəsinin bir Hüquq eksperti kimi fəaliyyət göstərməyinə şad olduğunu bildirdi. Son olaraq O, Dövlətə və Dövlətçiliyə xidmət etdiyini və bu yolda ona mane olanlara səsləndi. "Azərbaycan dövlətinin və iqtidarın var olduğu yerdə mən İsmayıl Zalov kök salmışam. Bu kökü qopartmağa nə güc, nədə ki iradə yetər",- deyə İsmayıl Zalov bildirib.
Bolgexeber.com
Hüquq eksperti İsmayıl Zalova mühüm səlahiyyət verilib-FOTO
Hüquq eksperti İsmayıl Zalova mühüm səlahiyyət verilib-FOTO
Bölmə: Xəbərlər | 07 iyul 2019 10:12 | Baxış sayı: 65





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: