DST siqaretçəkmənin ağır fəsadlarını xatırladıb
18-07-2019, 10:07
Oxunub: 3 034
Avropa regionunda ağciyər xərçənginin 90 faizinin qarşısını əhalinin siqaretçəkmə vərdişindən qurtulması ilə almaq mümkündür
Bu xəbərdarlığı Dünya Səhiyyə Təşkilatı (DST) edib. Təşkilatın Avropa bürosunun ekspertləri regionun bütün əhalisini bu zərərli vərdişdən imtina etməyə çağırıblar.
DST mütəmadi olaraq bu sahədə tədbirlər həyata keçirir. Mayın 31-də Dünya Tütünsüz Günü qeyd olunur, lakin təşkilat bu mübarizə tədbirlərini ilboyu davam etdirir.
Budapeştdə bu məqsədlə "Üç sağlam nəsil" şüarı altında bütün yaşlardan olan insanlar üçün tədbirlər, o cümlədən rəqslər və idman məşğələləri təşkil edilir. Yaxınlıqda qoyulmuş mobil klinikada isə arzu edən hər kəs tibbi müayinədən keçə bilər. Aşqabadda isə DST-nin dəstəyi ilə tütünün zərəri haqqında informasiyaların yayıldığı interaktiv aksiyalar təşkil olunub, Tbilisidə keçirilən mükafatlandırma mərasimində bu sahədə xidmətləri olan həkimlər və səhiyyə sisteminin digər əməkdaşlarına mükafatlar təqdim edilib. Tütünlə mübarizəyə həsr olunmuş ən parlaq tədbirlərdən biri Kiyevdə keçirilib. "Dünyada sərbəst nəfəs al, tütünsüz nəfəs al" şüarı altında təşkil olunan bu tədbir zamanı küçələrdə kütləvi yoqa məşğələləri aparılıb və onlar yerli KİV-də geniş şəkildə işıqlandırılıb.
Bu il Dünya Tütünsüz Günü passiv siqaretçəkməyə həsr olunub. DST-nin məlumatına görə, tütün tüstüsündə 4 mindən çox kimyəvi maddə var və onların ən azı 250-si zərərli, 50-si isə kanserogendir. Siqaret çəkənlərin yanından duran insanlar da tüstünün təsirinə və ciddi sağlamlıq riskinə məruz qalırlar. Passiv siqaretçəkmə ürək-damar, nəfəs yolları və ağciyər xərçəngi xəstəliklərinə səbəb ola bilər.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər