XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Krediti tez ödəmək istəyərkən suda boğulub öldülər

Krediti tez ödəmək istəyərkən suda boğulub öldülərRusiyanın Perm vilayətində krediti ödəməyə tələsən ər-arvad həyatını itirib

Verxnyaya Staritsa qəsəbəsində yaşayan Aleksey İsayev və həyat yoldaşı çayda batıblar.
Bizimyol.info xəbər verir ki, qəsəbədə ödəniş terminalı olmadığından ər-arvad özünü Kama çayını rezin qayıqda keçərək Kasimovkaya çatdırmağa çalışıb. İsayevlər ailəsindəki yeganə övlad Olqa Lyudskaya iddia edir ki, bankdan həmişə krediti vaxtında ödəməyə tələsdirirlərmiş. Yol bərbad vəziyyətdə olduğundan, üstəlik, Kasimovkaya yol çayı keçməklə xeyli qısaldığından, onlar bu üsula əl atıblar.

Lyudskaya danışır ki, valideynləri son ödənişini etməliymiş. Yəni ər-arvad kreditdən canını qurtarmağa tələsirmiş.

Verxnyaya Staritsa qəsəbəsinin sakinləri, demək olar, hər gün özünü belə riskə atır. Yerli icra strukturları yolların qaydasına salınması üçün heç bir iş görmür.
Bölmə: Dünya | 18 iyul 2019 11:27 | Baxış sayı: 54





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: