XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Yalçın Rzazədə Türkiyədə əməliyyat olundu

Yalçın Rzazədə Türkiyədə əməliyyat olunduXalq artisti, müğənni Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub.

Bu barədə Oxu.Az-a onun oğlu Orxan Rzazadə məlumat verib.

Onun sözlərinə görə, atası ötən gün axşam saatlarında əməliyyata götürülüb:

“Əməliyyat yaxşı keçib, səhhəti stabildir. Həkimlərin nəzarətindədir. Biz də yanından heç yerə ayrılmırıq. Bu, atamın keçirdiyi ilk əməliyyat idi. Həkimlər bildiriblər ki, ikinci əməliyyat da olacaq. Aparılacaq növbəti cərrahi müdaxilə ilə bağlı həkimlər dəqiq bir informasiya verməyiblər”.

Orxan Rzazadənin sözlərinə görə, atasının sənət yoldaşları ona tez-tez zəng vurub Yalçın Rzazadənin səhhəti ilə maraqlanırlar.

Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə görə təcili xəstəxanaya yerləşdirilib. Həkimlərin ilkin müdaxiləsindən sonra Xalq artistinin vəziyyəti stabilləşib. Daha sonra isə əməliyyat olunmaq üçün Türkiyəyə gedib.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz üzərinə götürüb.
Bölmə: Xəbərlər | 19 iyul 2019 18:02





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: