BolgeXeber.Com » Xəbərlər » Bakıda istirahət mərkəzində kütləvi dava düşüb, xəsarət alan var

Bakıda istirahət mərkəzində kütləvi dava düşüb, xəsarət alan var

20-07-2019, 09:35
Oxunub: 2 150 Bakıda istirahət mərkəzində kütləvi dava düşüb, xəsarət alan varBakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.

APA-ya bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.