BolgeXeber.Com » Siyasət » Putin: Yorulsaydım, prezidentliyə namizədliyimi irəli sürməzdim

Putin: Yorulsaydım, prezidentliyə namizədliyimi irəli sürməzdim

20-07-2019, 12:20
Oxunub: 2 815 Putin: Yorulsaydım, prezidentliyə namizədliyimi irəli sürməzdimRusiya Prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibə verib

Kremlin mətbuat xidməti müsahibənin stenoqramını dərc edib.

O.Stoun Prezidentdən yorulub-yorulmadığını soruşanda V. Putin buna mənfi cavab verib.

Putin etiraf edib ki, yorulsaydı, dördüncü müddətə prezidentliyə namizədliyini irəli sürməzdi.

“Əgər yorulsaydım, dördüncü müddətə getməzdim”.

Xatırladaq ki, V. Putin daha əvvəl prezident olmaqdan bezmədiyini demişdi. O, 2018-ci ildə dövlət başçısı seçkilərində qələbə qazanıb. Onun prezident vəzifəsində indiki müddəti 2024-cü ildə başa çatır.