BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda vəzifəli şəxs iş başında dünyasını dəyişdi

Azərbaycanda vəzifəli şəxs iş başında dünyasını dəyişdi

22-07-2019, 17:36
Oxunub: 1 462 Azərbaycanda vəzifəli şəxs iş başında dünyasını dəyişdi“Azərpoçt” MMC-nin Salyan filialının rəisi iş otağında ölü tapılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 16 radələrində qeydə alınıb.

Filialın rəisi 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlunun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.