BolgeXeber.Com » Siyasət » ABŞ prezidenti Boris Consonu "britaniyalı Tramp" adlandırıb

ABŞ prezidenti Boris Consonu "britaniyalı Tramp" adlandırıb

24-07-2019, 10:58
Oxunub: 2 256 ABŞ prezidenti Boris Consonu "britaniyalı Tramp" adlandırıbABŞ prezidenti Donald Tramp Britaniyanın yeni baş naziri seçilmiş Boris Consonun təyinatını müsbət qiymətləndirib və onun öz işinin öhdəsindən yaxşı gələcəyini deyib.

Bolgexeber.com xəbər verir ki, amerikalı prezident bu sözləri Vaşinqtonda yuxarı sinif şagirdləri ilə görüşü zamanı səsləndirib.

"Boris Conson yaxşı adamdır, o sərtdir, ancaq ağıllıdır. Onu "britaniyalı Tramp” adlandırırlar və deyilənə görə, bu yaxşıdır. Orada məni sevirlər, onlar bunu istəyirdilər və bu onlara lazım olandır. O, hər şeyi edəcək. Boris yaxşı adamdır və o öz işini görəcək”, - deyə Tramp bildirib.