BolgeXeber.Com » Dünya » Ölüm xəbərindən sonra ilk rəsmi danışığı...

Ölüm xəbərindən sonra ilk rəsmi danışığı...

24-07-2019, 17:12
Oxunub: 3 111 Ölüm xəbərindən sonra ilk rəsmi danışığı...Bir neçə gün öncə ölüm xəbəri yayılan Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyevlə telefon vasitəsilə əlaqə saxlayıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, həmkarını ad günü münasibətilə təbrik edib.

Özbəkistan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, bu gün Ş. Mirziyoyevin 62 yaşı tamam olur və Berdıməhəmmədov məzuniyyətdə olmasına baxmayaraq onu şəxsən təbrik edib.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi və ticari münasibətləri, eləcə də beynəlxalq vəziyyəti də müzakirə ediblər.

Qeyd edək ki, iyulun 20-də Rusiyanın “Qovorit Moskva” radiosu Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini yayıb. Buna səbəb 5 iyulda məzuniyyətə çıxan Prezidentin günlərdir ictimaiyyət arasında görünməməsi olub. Türkmənistanın Rusiyadakı səfirliyi xəbəri təkzib edib.

Daha sonra “Lenta.ru” saytı Türkmənistanın siyasi mühitindəki mənbələrə istinadən məlumat yayaraq onun ağır xəstə olan anası Oqulabat Berdımuhəmmədovanın yanına yollandığını bildirib.