XƏBƏR LENTİ
Əsgərimiz şəhid oldu
23 sentyabr 11:44
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Bizdə elə vicdansız adamlar var ki, onlara pul da ayrılır, amma...”

“Bizdə elə vicdansız adamlar var ki, onlara pul da ayrılır, amma...”Son illər düşmən Ermənistan öz qondarma, saxta dövlətçilik tarixi ilə bağlı çoxlu sayda teatr tamaşaları hazırlamaqda, filmlər çəkməkdədir

Hansı ki, bütün bu film və tamaşalarda qurama dövlətin guya minillik tarixə malik qədim bir dövlət olması fikri təlqin edilir.
Maraqlıdır, qədim dövlətçilik tarixi olan ölkəmizdə tarixi yöndə film və tamaşaların hazırlanmasına diqqət artırılmalıdırmı?
Moderator.az-a açıqlama verən xalq artisti Valeh Kərimov buna çox böyük ehtiyac olduğunu bildirdi:
“Bu məsələnin daim diqqət mərkəzində saxlanılması vacibdir. Bu filmlərin, tamaşaların hər gün çəkilməsi, hazırlanması, hər gün göstərilməsi zəruridir.
Bizdə elə vicdansız adamlar var ki, onlara pul da buraxılır, dövlət tərəfindən köməklik də edilir, amma ortaya elə şey çıxardırlar ki, baxırsan, gözlərinə inanmırsan. Qabaqlar sovet hökuməti filmlərin ora-burasını kəsir, ona müəyyən müdaxilələr edirdi. Indi isə bu cür müdaxilələr yoxdur. Müstəqil dövlətik. Çəkmək istəyirsənsə, buyur çək. Koroğlunu yenidən çək. Babəki bir də çək. Tariximizlə bağlı çoxlu maraqlı məqamlar, qəhrəmanlıqla zəngin hadisələr mövcuddur. Bunları tapmaq, bunlarla bağlı filmlər çəkmək lazımdır. Ermənilər heç nədən öz qondarma keçmişləri ilə bağlı nələrsə çəkir, təbliğ edirlər. Biz də bu yöndə ciddi addmlar atmalı, ortaya ciddi tamaşalar, filmlər qoymalıyıq. Bu, həm milli dövlətçilik tariximizin təbliği, həm də gənc nəslin milli ruhda yetişdirilməsi baxımından olduqca vacibdir”.
Bölmə: Müsahibə-Reportaj | 25 iyul 2019 10:39 | Baxış sayı: 73





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: