BolgeXeber.Com » Gündəm » “Toyuq dönərinin satışı qadağan olunub, amma...” – QTA hara baxır?

“Toyuq dönərinin satışı qadağan olunub, amma...” – QTA hara baxır?

25-07-2019, 15:26
Oxunub: 3 173 “Toyuq dönərinin satışı qadağan olunub, amma...” – QTA hara baxır?Müxtəlif dönərxanalarda toyuq dönərinin ət dönərindən 40-50 qəpik ucuz satıldığını nəzərə alsaq, tələbatın səbəbini aydınlaşdırmaq heç də çətin deyil

“Həqiqətən də toyuq əti tez çirklənən və təhlükə riski böyük olan ətdir”

“Təssüf ki, qida təhlükəsizliyinə nəzarət edən dövlət orqanı Azad İstehlakçılar Birliyinin dönərxanalardakı vəziyyəti araşdırmasından və KİV-ə məlumat verilməsindən qıcıqlanır. Özləri isə bir işi görüb bitirə bilmirlər”



2006-cı ildən etibarən ölkəmizdə toyuq dönərinin satışı qadağan edilib. Buna baxmayaraq dönər satılan iaşə obyektlərində toyuq dönərinə tələbat daha çoxdur.
Müxtəlif dönərxanalarda toyuq dönərinin ət dönərindən 40-50 qəpik ucuz satıldığını nəzərə alsaq, tələbatın səbəbini aydınlaşdırmaq heç də çətin deyil

Yay fəslində isə bu qida daha təhlükəlidir. Maraqlısı və anlaşılmayanı isə odur ki, insanlar satışının qadağan və sağlamlıq üçün təhlükəli olmasına baxmayaraq, hələ də toyuq dönəri alırlar.
Məsələni dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a bildirdi ki, ölkəmizdə quş qripi ilə bağlı söz-söhbətlər dolaşanda Səhiyyə Nazirliyi toyuq dönərinin satışına qadağa qoydu.
“Toyuq dönərinin satışı qadağan olunub, amma...” – QTA hara baxır?

Birlik sədri qeyd edib ki, həqiqətən də toyuq əti tez çirklənən və təhlükə riski böyük olan ətdir:
“Lakin 2006-cı ildən qadağalar qoyulsa da, aparılan monitorinqlər zamanı məlum oldu ki, 85 faiz iaşə obyektlərində toyuq dönəri bişirilir. Toyuq dönərinin satışı ona görə mövcuddur ki, çünki ona tələb var. Bazar iqtisadiyyatında belə bir anlayış mövcuddur: tələb olursa, mütləq təkliflər də olacaq. Azərbaycanda da toyuq dönərinə tələb çoxdur. Bunun qadağalar yolu ilə qarşısını almaq mümkün deyil”.
E.Hüseynov toyuq dönərinin təhlükəsiz ola bilcəyini də vurğuladı:
“Bu şərtlə ki, dönər standartlara uyğun olaraq hazırlansın. Ona görə də ölkəmizdə toyuq dönərinin hazırlanmasına icazə verilmiş iki müəssisə var. “Azprotein food” və “Min Bərəkət” şirkəti. Bu müəssisələrdə toyuq dönəri mövcud standartlara uyğun hazırlanır, mənfi 40 dərəcə dondurmadan keçirilir, “skoç”lanır və müvafiq avtomobillərdə dönərxanalara gətirilir. Belə dönərlərinin satışına icazə var.
Amma hardan və necə gəldi toyuq ətləri ilə dönər hazırlamaq qadağandır. Çox sayda obyektlərdə toyuq dönəri satılır və bunun da əsas səbəbi tələbin çoxluğudur.
Təssüf ki, qida təhlükəsizliyinə nəzarət edən dövlət orqanı Azad İstehlakçılar Birliyinin dönərxanalardakı vəziyyəti araşdırmasından və KİV-ə məlumat verilməsindən qıcıqlanır. Özləri isə bir işi görüb bitirə bilmirlər. Dönərxanların demək olar ki, hamısı təhlükə mənbəyidir.
Ölkəmzidə olan dönərxanaların cəmi 2 faizi qanuni olaraq fəaliyyət göstərir”.
Paylaş