BolgeXeber.Com » Dünya » Çeçenistanda altı yaşlı uşaq Kadırovun mühafizəçisi olub

Çeçenistanda altı yaşlı uşaq Kadırovun mühafizəçisi olub

26-07-2019, 09:45
Oxunub: 3 078 Çeçenistanda altı yaşlı uşaq Kadırovun mühafizəçisi olubÇeçenistan rəhbəri Ramzan Kadırov, altı yaşlı Maqomed-Emi Qazıyevi təhlükəsizlik əməkdaşı olaraq işə götürüb.

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, uşağın valideynləri internetdə onun Çeçenistan liderini qorumaq istədiyini göstərən video yayımlayıblar. Videonu izləyən Kadırov Qazıyevin arzusunu həyata keçirməyə qərar verib.

"Bu gündən etibarən heç nəyə görə narahat olmaq lazım deyil. Dünyada bənzəri olmayan peşəkar bir mühafizəçim var", deyə İnstaqram-da yazıb.

Çeçenistan rəhbəri əlavə edib ki, gənc olmasına baxmayaraq uşaq "cəsarət və qətiyyətlidir".