Azərbaycanda “Yüksəliş” müsabiqəsi təsis edilib - SƏRƏNCAM
26-07-2019, 17:34
Oxunub: 3 106
Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb
Bolgexeber.comxəbər verir ki, sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilib.
Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədri
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Təşkilat Komitəsinin üzvləri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri
Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri
Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.
Təşkilat Komitəsinə müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək; Müsabiqə üzrə əlaqələndirmə işlərinin həyata keçirilməsi ilə əlaqədar işçi qrup yaratmaq və Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinini işçi qrupun rəhbəri təyin etmək; Müsabiqənin keçirilməsi qaydalarını təsdiq etmək tapşırılıb.
Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilsin.
Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər