BolgeXeber.Com » Xəbərlər » Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir - Müdafiə Nazirliyi

Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir - Müdafiə Nazirliyi

27-07-2019, 13:09
Oxunub: 1 724 Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir - Müdafiə NazirliyiHərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə əməliyyat qərargahı yaradılıb.