BolgeXeber.Com » Xəbərlər » Bakıda çimərlik faciəsi – bir kənddən 4 dost dənizdə boğuldu (FOTO)

Bakıda çimərlik faciəsi – bir kənddən 4 dost dənizdə boğuldu (FOTO)

29-07-2019, 13:41
Oxunub: 1 837 Bakıda çimərlik faciəsi – bir kənddən 4 dost dənizdə boğuldu (FOTO)İyulun 28-də Pirşağı çimərliyində batan 4 nəfərdən 2-sinin cansız bədəni tapılıb.

Musavat.com xəbər verir ki, dənizdə batan 4 nəfər dost olub. Onlar Sabunçu rayonu Kürdəxanı kənd sakinləridir.

Məlumata görə, onlardan ikisinin meyiti hadisədən bir neçə dəqiqə sonra çıxarılıb. Onların cənazəsi ailə üzvlərinə təhvil verilib.

Pirşağı çimərliyində batan 4 nəfər dostun qalan ikisinin də meyiti səhər saatlarında sudan çıxarılıb.

Əldə etdiyimiz məlumata görə dünyasını dəyişən gənclərin yanında daha 3 dostu olub. Onların hamısı eyni anda boğulmaq təhlükəsi ilə üz-üzə qalıblar. 3 nəfər dənizdən çıxa bilsə də, 4 nəfər suda boğulub.

Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş.

Qeyd edək ki, dünən Bakıda ümimi 6 nəfər nəzarətsiz çimərliklərdə boğularaq dünyasını dəyişib.
Bakıda çimərlik faciəsi – bir kənddən 4 dost dənizdə boğuldu (FOTO)