BolgeXeber.Com » Xəbərlər » Mingəçevirdə çay evində bıçaqlanma hadisəsi törədənlər istintaqa cəlb olundu

Mingəçevirdə çay evində bıçaqlanma hadisəsi törədənlər istintaqa cəlb olundu

29-07-2019, 19:02
Oxunub: 1 643 Mingəçevirdə çay evində bıçaqlanma hadisəsi törədənlər istintaqa cəlb olunduİyulun 27-də saat 02 radələrində Mingəçevir şəhərində “083” adlı çay evində şəhər sakinləri Kənan Quliyev və Razi Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Elmir Hüseynov, Vüqar İbrahimov və Soltan Səlimova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktı ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.2.1-ci (bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb

Baş Prokurorluğun Mətbuat xidmətindən Bolgexeber.com-a bildirilib ki, iş üzrə zəruri ekspertizalar təyin edilmiş, şahidlər dindirilmiş, cinayətin törədilməsində istifadə olunan bir ədəd bıçaq maddi sübut kimi götürülmüş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Kənan Quliyev və Razi Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.