BolgeXeber.Com » Ölkə » Bayıl Qəsri yenə suyun üzünə çıxıb – VİDEO

Bayıl Qəsri yenə suyun üzünə çıxıb – VİDEO

30-07-2019, 11:14
Oxunub: 2 926 Bayıl Qəsri yenə suyun üzünə çıxıb – VİDEOBakıda bayraq meydanının yaxınlığında bir müddətdir ki, yeni adacıq yaranıb

Quşların məskəninə çevrilən bu yaşıl ərazi necə olub ki, yaranıb ? “Xəzər Xəbər”in əməkdaşı Elmar Həbiblinin mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik.

Bir zamanlar Karvansaray, Müdafiə qalası və həttə Gömrükxana kimi istifadə edilən Bayıl Qəsri yenə suyun üzünə çıxıb. Buna səbəb Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsidir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin inkşafı, qorunması və bərpası üzrə dövlət xidmətinin mətbuat katibi Fariz Hüseynov sözlərinə görə həmin tarixi abidənin adımüxtəlif mənbələrdə “Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s kimi keçir. Abidə qorunan abidələr sırasına daxildir və zaman-zaman dənizin suyu azaldıqca üzə çıxır.

Bir neçə il əvvəl qalanın 3 d formalı maketidə hazırlanıb. Beləki tarixi planan əsasən qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi bürclə möhkəmləndirilb. Üstəlik qalanın quruyu çıxan yoluda olub.

Fariz Hüseynouvun sözlərinə görə gələcəkdə bu abidənin restavrasiya edilməsi üçün də işlər görüləcək. Çünki abidənin yerləşdiyi yer həm tursitlər, həm də yerli insanların buranı ziyarət etməsi üçün çox əlverişlidir.(Xezerxeber.az)