Azərbaycanda daha bir futbol klubu dağılır
30-07-2019, 15:10
Oxunub: 3 751
Bu ilin mayında AFFA-nın keçirdiyi Regionlar Liqası yarışının qalibi olan "Sumqayıt”ın "Uğur” komandası fəaliyyətini dayandırıb.
Bolgexeber.com xəbər verir ki, bununla bağlı klub bəyanat yayıb. Bəyanatda bildirilib ki, klubun rəhbərliyi I divizionda iştirakla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla dəfələrlə görüşə cəhd etsə də, istəyi alınmayıb.
Sənəddə bildirilib: "Ardıcıl iki dəfə Region Liqasının qalibi olan "Uğur” Futbol Klubu I divizionda iştirakla bağlı AFFA-ya dəfərlərlə müraciət edib. Təəssüflər olsun ki, bu məsələ ilə bağlı klub rəhbərliyi bugünə qədər də federasiya tərəfindən görüşə dəvət edilməyib və sadəcə olaraq, şifahi şəkildə üçüncü mövsüm də Region Liqasında oynaması barədə tövsiyə edilib.
Bu qərar və ümümulikdə yaranmış qeyri-müəyyən vəziyyət klub rəhbərliyini qane etmədiyi üçün, eləcə də ardıcıl olaraq doğma Sumqayıt şəhərinə 3 dəfə çempionluq kubokları, sevinclərini gətirən komandamıza şəhər rəhbərliyinin və iş adamlarının bugünə qədər də biganə münasibəti səbəbindən klubun rəhbəri, sponsoru ilə aparılan məsləhətləşmələrdən sonra "Uğur” Futbol Klubu bu il keçiriləcək Region Liqanın yarışında iştirak etməyəcəyi barədə qərar qəbul edib.
"Uğur”un uğurlarında və çempionluqlarında əməyi olan hər kəsə ayrı-ayrılıqda, ümumi komanda heyətlərimizə çəkdiyi əziyyətlərinə, azarkeşlərə etdikləri dəstəyə görə klub rəhbərliyi adında böyük təşəkkürümüzü bildiririk və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər