Xanım rektor 250 min manatlıq mebel alır
30-07-2019, 17:11
Oxunub: 1 762
Azərbaycan Memarlıq və İnşaat Universiteti bu il uçun bir milyon manata yaxın pul xərcləyəcək.
Bolgexeber.com bakupost.az-a istinadən xəbər verir ki, ali təhsil müəssisəsi xərclərlə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb və qalib şirkətlərlə müqavilə bağlayıb.
Beləliklə, Azərbaycan Memarlıq və İnşaat Universiteti mətbəə çap işləri üçün "A- Delfin- AA" MMC-yə 19133 manat, dəftərxana və təsərrüfat malları üçün "İnci Grour of Comranies" MMC-yə 104 min 938.53 manat, digər maşın və avadanlıqlar üçün "Aysberg SH" MMC-yə 103 min 958 manat, kommunal və kommunikasiya xidmətləri üçün EM-İnşaat MMC-yə 24 min 944 manat, idarənin xərcləri üçün "Xəzri Grour" MMC-yə 109 min 769 manat, inventarın alınması üçün "Qardaşlar Mebel-3" MMC-yə 249 min 442.56 manat, mühafizə xidməti üçün "Gesco" ASC-yə 80 min manat, digər alış və xidmətlər üçün TET MMC-yə 58 min 800 manat, avadanlığın alınması üçün "Automax TT" MMC-yə 48 min 509 manat, liftlərə texniki xidmət üçün "Aslift" MMC-yə 48 min 73.2 manat, internet xidməti üçün "AZRENA AA" MMC-yə 23 min 760 manat, mətbəə çar işləri üçün "Automax" TT MMC-yə 19 min 943 manat, cari təmir üçün "Retro Holding" MMC-yə 43 min 999.6 manat ödəyəcək.
Beləliklə, dövlət büdcəsi və tələbələrin təhsil haqqından toplanan vəsaitin bir qismi - 935 min 269.89 manat belə xərclənəcək.
Qeyd edək ki, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovadır. G. Məmmədova 2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər