BolgeXeber.Com » İdman » Bu gün “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirəcək

Bu gün “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirəcək

31-07-2019, 12:43
Oxunub: 4 415 Bu gün “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirəcəkBu gün “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Ağdam təmsilçisi II təsnifat mərhələsinin cavam matçı çərçivəsində İrlandiyanın “Dandolk” komandasını qəbul edəcək. “Dalğa Arena”da baş tutacaq görüş saat 21:00-da start götürəcək.

Ötən həftə Dandolkdakı “Oriel Park” stadionunda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesabı 4-cü dəqiqədə Mahir Emreli açsa da, Patrik Hoban 78-ci dəqiqədə bərabərlik topunu vurub. Qələbəni əldən verməsinə rəğmən, “Qarabağ”ın səfərdən sərfəli nəticə ilə döndüyünü söyləmək olar. İndi növbəti raunda vəsiqə qazanmaqdan ötrü Ağdam təmsilçisinə evdə qol buraxmamaq kifayətdir.