BolgeXeber.Com » Bölgə » Hacıqabulda maarifləndirmə tədbiri keçirilmişdir

Hacıqabulda maarifləndirmə tədbiri keçirilmişdir

31-07-2019, 15:50
Oxunub: 3 702 Hacıqabulda maarifləndirmə tədbiri keçirilmişdir31 iyul 2019-cu il tarixdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Qadın və müasir dünya sosial xeyriyyə mərkəzi” (Südabə Şirəliyeva) və “Bakı volontyor mərkəzi “nin (Zöhrə Əliyeva) təşkilatçılığı ilə “Gürcüstan və Azərbaycanda etnik azlıqların yaşadığı icmalarda erkən nikahın qarşısının alınması strategiyaları “ layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilmişdir

Təşkilatçı mərkəzlərin nümayəndələrinin “Erkən nikahların baş verməsinin əsas səbəbləri nədir və hansı fəsadları var?” sualı ətrafında çıxışlarından sonra müzakirələrin aparıldığı tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri və rayon müəssisələrinin qadın əməkdaşları iştirak etmişlər.