Şabranda qidadan zəhərlənənlərin sayı 17 nəfərə çatıb
2-08-2019, 13:37
Oxunub: 1 960
Şabranda son iki gündə 17 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya müraciət edib.
Bu barədə APA-nın şimal bürosuna Şabran Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Qeyd olunub ki, ötən gün 15 nəfər, bu gün isə daha iki nəfər qida zəhərlənməsi ilə müraciət edib. Müraciət edənlərə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur. Onlardan yalnız bir nəfər xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir.
***
Saat 09:44
Şabranda kütləvi zəhərlənmə qeydə alınıb.
APA-nın xəbərinə görə, 10 nəfər - Əfiqə İbrahimova, Məhəbbət İbrahimova, İlahə İbrahimova, Elşən Quliyev, Samirə Quliyeva, Təranə Quliyeva (14 yaş), Nazilə Əsədullayeva (12 yaş), Təranə Salayeva, Səbinə Əhmədova və Saatxanım Məmmədova qida zəhərlənməsi diaqnozu Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Rayonun müxtəlif ərazilərində yaşayan həmin şəxslər qarpız, tort və şirin su məhsullarından zəhərləndiklərini bildiriblər.
Daxil olan məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşları zəhərlənən şəxslərə baş çəkiblər, zərərçəkənlərin izahatı alınıb, müvafiq ekspertiza təyin edilib, zəruri olan digər araşdırma hərəkətləri yerinə yetirilib.
Faktla rayon Polis Şöbəsinin təhqiqat qrupunda araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər