BolgeXeber.Com » Xəbərlər » Həccə gedən azərbaycanlı zəvvarların ilk qrupu Məkkəyə çatıb

Həccə gedən azərbaycanlı zəvvarların ilk qrupu Məkkəyə çatıb

2-08-2019, 13:39
Oxunub: 2 291 Həccə gedən azərbaycanlı zəvvarların ilk qrupu Məkkəyə çatıbAzərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gecə təyyarə ilə yola düşüb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, zəvvarlar artıq Məkkə şəhərinə çatıblar.

Bildirilib ki, zəvvarların ikinci qrupu bu gün saat 14:50-də yola düşəcək.

Qeyd olunub ki, Həcc ziyarətinə gedəcək zəvvarlar 5 avqusta qədər təyyarı ilə yola salınacaq. Zəvvarlar avqustun 21-25-də geri dönəcəklər.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün ayrılan 1400 nəfərlik kvota dolub. Azərbaycandan Həcc ziyarətinə gedəcək ən yaşlı zəvvarın 80, ən gənc zəvvarın isə 19 yaşı var.