BolgeXeber.Com » Bölgə » Əhməd Muxtarov sakinlərlə görüşüb - Foto

Əhməd Muxtarov sakinlərlə görüşüb - Foto

2-08-2019, 16:11
Oxunub: 5 218 Əhməd Muxtarov sakinlərlə görüşüb - FotoHacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov növbəti səyyar qəbul-görüşünü Hacıqabul rayonu Abdulabad kənd sakinləri ilə keçirib.

Bolgexeber.com xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və rayon hüquq mühafizə orqanlarının əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Əhməd Muxtarov dövlət başçısı İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq səyyar qəbulların keçirildiyini diqqətə çatdırıb.

Qəbulda sakinlərin səsləndirdikləri müraciətlər, təklif və rəylər rayon rəhbəri tərəfindən dinlənilib, onlara müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilərək nəzarətə götürülüb.

Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
Əhməd Muxtarov sakinlərlə görüşüb - Foto
Əhməd Muxtarov sakinlərlə görüşüb - Foto
Əhməd Muxtarov sakinlərlə görüşüb - Foto