BolgeXeber.Com » Ölkə » "Sədərək"dəki yanğınla əlaqədar 16 nəfər xəstəxanaya müraciət edib - RƏSMİ

"Sədərək"dəki yanğınla əlaqədar 16 nəfər xəstəxanaya müraciət edib - RƏSMİ

5-08-2019, 10:10
Oxunub: 2 365 "Sədərək"dəki yanğınla əlaqədar 16 nəfər xəstəxanaya müraciət edib - RƏSMİDünən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı xəstəxanaya müraciət edənlərin ümumi sayı 16 nəfər olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onların 6-na hadisə yerində yardım edilib, 10 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb:

"10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülməsində iştirak edən Fövqəladə Halar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar".