BolgeXeber.Com » Şou-Biznes » Məşhur porno ulduz adam döydüyünə görə saxlanıldı

Məşhur porno ulduz adam döydüyünə görə saxlanıldı

9-04-2013, 15:05
Oxunub: 6 861 Məşhur porno ulduzu Cenna Ceymson ikinci dəfə məhkəmə qarşısına çıxacaq.

ANN.Az-ın "Huffington post"-a istinadən verdiyi xəbərə görə, 38 yaşındakı porno aktrisa Koliforniya ştatında bir nəfərə qarşı fiziki təzyiq göstərdiyinə görə həbs edilib.

Hadisə günü Ceymsonun bir ad günü partisində iştirak etməli idi. Ancaq porno ulduzun partidə iştirak edib-etməməsi və ya hadisənin necə baş verdiyi haqda ətraflı məlumat verilməyib.

Əsl adı Mari Massoli olan Ceymson 2012-ci ilin mayında içkili şəkildə avtomobil sürərkən qəza etmiş və polis tərəfindən nəzarətə götürülmüşdü. Məhkəmə Ceymsonun üç il ərzində nəzarətdə saxlanılması və içki problemlərini həll etmək üçün porno ulduzun müalicə alması hökmünü vermişdi. Bundan əlavə ona 340 dollar cərimə kəsilmişdi.

Qeyd edək ki, 2008-ci ildə porno karyerasını başa çatdıran Ceymson ABŞ-ın ən məşhur porno ulduzlarından biri hesab edilir.